SON XƏBƏR

Ərdoğan: "Rusiya belə davam edərsə, nəticəsini də görəcək"

Yanvar 31
10:22 2016
Rusiya etdiklərinin nəticəsini görəcək.
 
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Su-34 təyyarəsinin hava sərhədini pozması olayına münasibət bildirərkən deyib.
 
"Dünən Rusiya hərbi təyyarəsi hava sərhədimizi pozdu. Xəbərdarlıqlara baxmayaraq, yenə də sərhədimiz pozuldu. Biz bu hadisəni gərginliyi daha da artırmaq istəyi olaraq qəbul edirik. Mövzu ilə bağlı NATO araşdırma aparır. Bizdən əvvəl NATO olayı müəyyən edib. Rusiya belə davam edərsə, nəticəsini də görəcək”, - Ərdoğan deyib.
 
Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov isə deyib ki, Rusiyaya məxsus hərbi təyyarə Türkiyənin hava sərhədini pozmayıb.
 
O bildirib ki, Rusiya Hərbi Hava Qüvvələrinə aid Su-34 qırıcısının Türkiyənin hava sərhədini pozması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil..
 
Karabakhmedia.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook