“Ərdoğan Putindən üzr istəməlidir”
Dekabr 24
20:48
2015
"Türkiyənin Suriyada Su-24 təyyarəsini vurmaq qərarı səhv idi, Ankara üzr istəməlidir”.
Qlobalinfo.az xəbər verir ki, belə bir açıqlama ilə Qırğızıstan prezidenti Almazbek Atambaev çıxış edib:
"Biz dərhal bildirmişdik ki, Türkiyə belə bir radikal addıma qaçmamalı idi. Bu faciəvi səhv idi və bu həm rus, həm də türk xalqı üçün bəla oldu
Biz bu mövzunu Vladimir Putin, eyni zamanda prezident Ərdoğanla görüşümdə də danışdıq. Vurmaq qərarı tamamilə yanlış idi. Bizdə elə hal olmuşdu ki, saniyələrlə deyil, saatlarla ərazimizə qonşu ölkənin uçan aparatları daxil olmuşdu, lakin biz onları vurmadıq. Bizim üçün sülh önəmlidir. Ümid edirəm ki, Türkiyənin də Rusiyanın da bu situasiyanı həll etməyə müdrikliyi çatacaq”



