Ərdoğan: Olland mənə Putinlə görüşünün təfərrüatlarını danışacaq
Noyabr 27
12:02
2015
"Fransua Olland Moskva səfərinin yekunları ilə bağlı məni məlumatlandıracaq."
"Report"un "Gazeta.Ru"ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan CNN telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Putinlə Moskvada görüşən Olland daha sonra Ərdoğanla danəşacağına dair söz verib.
Xatırladaq ki, Ərdoğan daha öncə Putinə noyabrın 30-da görüşməyi təklif etmişdi.



