Ərdoğan "Nobel Komitəsini" ittiham etdi
Oktyabr 16
20:08
2015
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nobel mükafatının sifarişlə verildiyini iddia edib.
Türkiyənin FOX tv-si xəbər verir ki, ölkə başçısı G-20 zirvə toplantısındakı çıxışı zamanı bu mükafatın siyasi xarakterli olduğunu bəyan edib.
"Biri çıxır miqrant axını ilə bağlı danışır, deyir ki, 30-40 min miqrantı qəbul edəcəklər. Sonra necə olursa, onlar Nobel mükafatına namizəd olur. Bizim ölkəmizdə isə hazırda 2,5 milyon miqrant var, amma bununla heç kim maraqlanmır. Çünki Nobel də siyasi mükafatdır. Bu mükafatın necə verildiyini çoxunuz yaxşı bilirsiniz. Bu mükafat sifarişlə verilir. Mükafatı alan adamın buna layiq olub-olmadığı müzakirə mövzusu belə deyil, əsas sifarişdir” - deyə Ərdoğan Nobel Komitəsinin ünvanına tənqidlərini dilə gətirib.



