Ərdoğan bu ifadənin patentini aldı
Mart 25
14:55
2019
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Dünya beşdən böyükdür" ifadəsinin patentini alıb.
Xəbərdə xatırladılır ki, Türkiyə prezidenti bundan əvvəl "Rəcəb Tayyib Ərdoğan" və "RTE" adlarının da patentini alıb.
Bu barədə "Milliyyət” qəzeti məlumat yayıb.
Qəzet sözügedən ifadənin patentinin alınması üçün Ərdoğanın vəkilinin ötən ilin iyun ayında müraciət etdiyini bildirib.
Xəbərdə, həmçinin "Dünya beşdən böyükdür" ifadəsinin qorunduğu bildirilib. Belə ki, bundan sonra hər il Türkiyə və beynəlxalq zəmində brendin başqaları tərəfindən istifadə edilməsi qadağan olunub. Hər hansı bir ölkə bu ifadəni kommersiya məqsədilə işlədərsə, dərhal etiraz ediləcək və məhkəməyə veriləcək.