SON XƏBƏR

Əmlak Məsələləri Dövlət Xidməti park salmaq adı ilə ərazi özəlləşdirir?

Yanvar 19
01:30 2024
Novxanıda "Sarıqaya” yaşayış massivinin "Metallurq” düşərgəsində məcburi köçkünlərin məskunlaşdığı ərazinin bir hissəsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubova yaxın iş adamının adına özəlləşdirilib. 
 
Qlobal.az xəbər verir ki, bu barədə məlumatı Mediaxeberleri.Az saytı yayıb. 
 
Ərazinin özəlləşdirilməsi prosesində Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri Taleh Bəşirovun da iştirak etdiyi etdiyi bildirilir.
 
Sakinlər ərazidə gələcəkdə tikilən obyektlərin onların rahat həyatlarına maneçilik törədəcəyindən narahatdırlar. 
 
Ərazini özəlləşdirənlər isə burada park salınacağını bildirib. 
 
Əmlak Məsələləri Dövlət Xidməti məsələyə münasibət bildirməyib. 
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook