SON XƏBƏR

Elnur Kələntərliyə vəzifə verildi - İTV-də

Fevral 04
12:01 2016
İctimai Televiziyanın "Səhər proqramları” departamentinin direktor vəzifəsinə təyinat olub.
 
Lent.az xəbər verir ki, Elnur Kələntərli İTV-nin "Səhər proqramları” departamentinin direktoru təyin olunub. Yeni təyinat baş direktor Cəmil Quliyevin təqdimatına əsasən Yayım Şurasında keçirilən iclasda təsdiqlənib.
 
Qeyd edək ki, E. Kələntərli bir sıra telekanallarda çalışıb. O, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mətbuat katibi, ictimaiyyətlə əlaqələr sektorunun müdiri, aparat rəhbərinin müavini və aparat rəhbəri vəzifələrində işləyib.
 
E.Kələntərlinin son iş yeri isə AzTV olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook