SON XƏBƏR

Elm və Təhsil nazirliyinin Botanika İnstitutunda 20 Yanvar hadisələrinin 34-cü ildönümü anılıb

Yanvar 19
16:31 2024
Elm və Təhsil nazirliyinin Botanika İnstitutunda 20 Yanvar hadisələrinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Tədbiri İnstitutun baş direktoru, professor Səyyarə İbadullayeva açaraq bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının uzun illər mübarizə apardığı istiqlal savaşının, milli iradə və azadlığının təntənəsidir. Professor qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ ordusunun Bakıya yeridilməsi nəticəsində azadlıq uğrunda mübarizəyə qalxan vətən övladları şəhid oldu, yaralandı, qanunsuz həbs olundu. Şəhid olanlardan 3-u Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı olub. O, qanlı hadisəyə ilk siyasi münasibəti ümummilli lider Heydər Əliyev 21 yanvar 1990-cı ildə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda bildirdiyini söyləyib. 20 yanvar hadisələrinin səbəblərini, həmin hadisələr ərəfəsində Azərbaycanda yaranmış gərgin ictimai-siyasi vəziyyəti, Ermənistanın əsassız ərazi iddiaları və Dağlıq Qarabağı Azərbaycandan ayırmaq cəhdləri ilə əlaqədar baş qaldırmış etiraz dalğasını, keçmiş sovet rəhbərlərinin xalqımıza qarşı məkrli siyasətini və digər mühüm məqamları xronoloji ardıcıllıqla təqdim edib.

S.İbadullayeva Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından azad etdiyini və ölkəmizin suverenliyini, ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb. Bu gün Azərbaycanın müstəqilliyi, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin ruhunun şad olduğunu bildirib.
 
Tədbirdə biologiya elmləri doktoru Aydın Əskərov, biologiya üzrə fəlsəfə doktorları Xuraman Xəlilova, Sevda Tahirli, Aygün Məmmədova, Ələddin  Qədimov, Sadıq Qarayev, Aydan Zeynallı, fizika-riyaziyyat üzrə elmlər doktoru Elman Yusifov, elmi işçi Şəhla Mirzəyeva 20 Yanvar hadisələrini xalqımızın qəhrəmanlıq tarixi kimi səciyyələndirərək fikirlərini bildiriblər.

Sonda Botanika İnstitutunun kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edib, məzarları üzərinə tər çiçəklər düzüblər.
 
Qlobal.az
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook