Elm və Təhsil Nazirliyi ilə birgə elmlə bağlı dinləmə keçirilməsi təklif olunub
Yanvar 22
11:03
2024
Təhsilin problemləri ilə bağlı dinləmə ilə yanaşı elmlə bağlı məsələləri də müzakirə edəcəyimiz dinləmə keçirməliyik.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəyli isə elm və təhsillə bağlı dinləmənin AMEA-da keçirilməsini təklif edib: "Akademiyada tam şərait yaratmağa hazırıq, bizim 500 nəfərlik zalımız da var. Elm və Təhsil Nazirliyi il birlikdə bu dinləməni Akademiyada keçirə bilərik”.
APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri Bəxtiyar Əliyev deyib.
Komitə sədri bildirib ki, elm və təhsilin inteqrasiyasını qarşıya məqsəd kimi qoymuşuq: "Bunları birlikdə müzakirə etdikdən sonra qanunvericilik səviyyəsində bizim öhdəmizə düşən vəzifələri müəyyən etməliyik. Bu dinləmələr komitədə bütün maraqlı tərəflərin iştirakı ilə keçirəcəyik. Amma aidiyyəti qurumlarda – Elm və Təhsil Nazirliyi, AMEA-da bu dinləmə keçirə bilərik. Milli Məclisə hamını yığmaq mümkün deyil, ona görə Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə bu tədbiri keçirə bilərik”.