SON XƏBƏR

Ələkram Hümbətyan şəhidi həbs etdirmək istəyibmiş - Gizli məqamlar açıldı

Aprel 24
00:18 2016
"300 zabitdən Ələkram Hümbətova yalnız Məhərrəm Seyidov başda olmaqla 11-i etiraz etmişdi”.

Bu sözləri 102 erməni əsgəri öldürməsi videosuyla adı gündəmə gələn Məhərrəm Seyidovun keçmiş müavini mayor Zaur Məmmədov redaksiyamıza zəng edərək deyib. Ələkram Hümbətov onu həbs etdirmək istəyirdi O, Məhərrəm Seyidovun Ələkram Hümbətova qarşı çıxış etməsiylə bağlı daha müfəssəl faktları saytımıza təqdim edib. Zaur bəy Ələkram Hümbətovun birbaşa Məhərrəm Seyidovu həbs etdirmək istədiyini bildirib: 
 
 

"Gəncə hadisələrindən sonra Prişibidə (indiki Göytəpə) hərbi hissədə dövlətə, dövlətçiliyə qarşı addımlar atıldı. Ələkrəm Hümbətov Prişibə gəldi və 300 nəfər zabiti yığdı. Daha sonra özü keçib başda oturdu. Sonra sözə başlayıb, "Talış Muğan Respublikası”nı yaradılması-filan haqqında danışdı. Məhərrəm Seyidov o zaman ayağa qalxıb etiraz etdi. O bizim Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə tabe olub-olmayacağımızı soruşdu. Ə.Hümbətov onda dedi ki, yox, tabe olmayacağıq. Məhərrəm müəllim bunun qarşılığında cavab verdi ki, mən və mənim zabitlərim sizin tapşırıqlarınızı yerinə yetirməyəcəyik. İclas zalından içi mən qarışıq Məhərrəm müəllimin rəhbərliyi ilə çıxdıq. Bizi tərksilah edib həbs etdilər. Biz qoymadıq orada Məhərrəm müəllimi həbs etsinlər. 11 zabiti həbs edib Lənkərana apardılar. Məhərrəm müəllim isə Bakıya getdi. Qoymadıq o kişini həbs etsinlər”. 

O, Məhərrəm Seyidovun bir müddət sonra yenidən eyni hərbi hissəyə komandir kimi qayıtdığını deyib: .

"1993-cü il avqustun 29-u Məhərrəm müəllim Müdafiə nazirinin əmri ilə 741 saylı hərbi hissənin komandiri vəzifəsinə təyin edildi. Videoda qeyd etdiyi qardaşım dediyi adamın adı Həsəndir. Biz Ağcabədi Xocavənd istiqamətində, onlar isə Füzulidə Aşağı Veysəlli istiqamətində döyüşürdülər. O ki ermənilər hücuma keçdilər və 102 əsgər itirdikləri an hər birinin başının üzərində Məhərrəm müəllim dayanmışdı”. 

O, xaos vaxtında nizami ordu yaratmağa çalışırdı. Keçmiş müavin həmçinin Məhərrəm Seyidovun nizami ordu quruculuğu sahəsində çox mühüm işlərlə məşğul olduğunu qeyd etdi: . 

"Hər bir əsgərə Məhərrəm müəllim hələ o zaman atəş sektoru vermişdi. Bu o deməkdir ki, hər bir əsgərə kartoçka verilib deyilmişdi ki, sağa 10 bucaq altında, sola 10 bucaq altında atəş açacaqsan. Bax onda nizami ordunun yaranmasına böyük təkan vermişdi”. 

.Onu Güllücə istiqamətində vurdular. Zaur bəy komandirinin son döyüşünün Ağdamın Güllücə kəndi istiqamətində olduğunu deyib: .

"O 1993-cü ilin noyabrına qədər bizim komandir oldu. Noyabr ayında onu "Nasosnu”ya (H.Z.Tağıyev qəsəbəsi) göndərdilər. Burada briqadanın Təlim Tərbiyəvi Tədris İşlər üzrə Zabit (zampolit) olmalı idi. O zaman Səfər Əbiyev təzə nazir təyin olunmuşdu. Məhərrəm müəllim dərhal müraciət elədi və onu Tərtər istiqamətində tabor komandiri kimi döyüşə göndərdilər. Ağdamın Güllücə kəndi istiqamətində erməni pulemyotunun gülləsi boğazından dəymişdi.Tərtərin Qırmızıkənd ərazisində şəhid olub. Güllə sağ çiyni və sol tərəf ayağının üstündən vurulmuşdu. Bir güllə isə üzünü sürtmüşdü. Meyitini döyüş bölgəsindən 500 metr aralıda tapmışdılar. Əsir düşməmək üçün sürünüb çıxmışdı. Orada qanaxmadan vəfat etmişdi”. 

O, videonu AZTV çəkmişdi. Daha sonra internetdə Məhərrəm Seyidovun son videosu haqqında danışan komandir müavini burada olan bütün şəxslər haqqında da geniş məlumat verib: "Bu video 1994-cü ilin aprel ayında çəkilib. AZTV çəkmişdi. Əminəm buna. Buralar Xocavəndin Qarakənd kəndi istiqamətidir. Onun yanındakı kapitanın adı Abışovdur. Tankın yanında olan oğlan isə 1994-cü ilin yanvar ayında şəhid olub. Şişqaya kəndi istiqamətində düşmən gülləsinə tuş gəldi"
 
Allah Rəhmət eləsin! (Femida.az)
 
Qlobal.az
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook