Eks-prezident: "İndi Soyuq müharibədən də təhlükəli dövrdür"
Yanvar 08
01:38
2024
Almaniyanın keçmiş prezidenti (2012-2017) Yoahim Qauk hesab edir ki, ölkəsi Rusiyadan gəldiyi iddia edilən potensial hərbi təhlükəni dəf etmək üçün kifayət qədər hazır deyil və indiki dövr Soyuq müharibə dövründən daha təhlükəlidir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Onun fikrincə, Almaniya Rusiyadan gələn mövcud hərbi təhlükəyə kifayət qədər hazır deyil. O, bu vəziyyətin bir çox mütəxəssisləri narahat etdiyini vurğulayıb.
Yoahim Qauk əlavə edib ki, indiki dövrlər Soyuq müharibə dövründən daha təhlükəlidir, çünki o zaman müəyyən proqnozlaşdırıla bilənlik var idi.
Siyasətçi hesab edir ki, bu gün müdafiə qabiliyyətinin artırılmasına və qarşısının alınması tədbirlərinə daha çox sərmayə yatırmaq lazımdır, çünki ABŞ-ın prezident seçkilərindən sonra NATO-ya sadiqliyini nə dərəcədə qoruyub saxlaya biləcəyi məlum deyil. Almaniyanın eks-prezidenti hesab edir ki, buna görə də Avropanın hərbi imkanlarını genişləndirmək lazımdır.