Əjdər Ol barəsindəki hökmdən yenidən kassasiya şikayəti verib
Yanvar 23
11:54
2024
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) barəsindəki hökmdən yenidən kassasiya şikayəti verib.
Xatırladaq ki, Əjdər Cəbiyevin (Əjdər Ol) hökmdən daha əvvəl kassasiya şikayəti versə də, sonrdan geri götürüb.
Qeyd edək ki, Əjdər Cəbiyev (Əjdər Ol) sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə aparılan istintaqla həbs olunub. O, külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi sonradan həbs müddətini 3 ay azaldıb. Səlim Müslümov isə ibtidai istintaq dövründə ev dustaqlığına buraxılıb. Məhkəmə ona 11 il azadlıqdan məhrumetmə cəzası təyin edib. Təyin edilmiş cəza 5 il sınaq müddəti seçilməklə şərti hesab edilib.