Əhmədzadənin müavini İmişlidə narazılıq yaradır? - VİDEO
Avqust 07
12:22
2020
2018-ci ilin iyunun 2-də Göyçay çayına gələn sel nəticəsində uzunluğu 76 metr olan körpünün dağılması o zaman ölkədə ciddi səs-küyə səbəb oldu. Hətta həmin vaxt Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindən keçən hissəsində nəqliyyatın hərəkətində belə fasilələrlə çətinliklər yarandı. Xatırladaq ki, Göyçay çayı üzərində körpünün uçması ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə iki nəfərə ittiham da elan edilmişdi.
Lakin...
Lakin bu məsələ bir müddət sonra unuduldu. Yəni mövsümü xarakter daşıdı. Müvafiq orqanlar müxtəlif rayonlara ezam edilsələr də, nəticədə qısa müddət sonra dəyirman öz bildiyini təkrar etməyə başladı. Əslində bu məsələdə dəyirman deyil, məhz qum-çınqıl karxanaları öz bildiklərini edirlər. Və qəribəsi isə odur ki, sanki bu tip obyektlər dövlət səviyyəli strateji müəssisələrdir. Kimsə, hətta media belə bu sahəyə lazımınca diqqət ayırmır.
Və o da iddia edilir karxana quliyevlərin Elçin adlı qardaşı tərəfindən idarə olunur. Karxanaya de-fakto rəhbərlik edən şəxs isə onların Kamran adlı yaxınlarıdır.
Məlumatı verən şəxs əlavə olaraq bildirdi ki, əraziyə yük maşınları istisna, kimsə buraxılmır. Çünki karxananın təhlükəsizlik xidmətinə hətta yerli əhalinin belə əraziyə buraxılmaması üçün xüsusi tapşırıq verilib. Bəs bu məlumatda diqqət çəkən məqam nədir? Məlumatı verən mənbənin iddiasına görə problemin ən böyüyü karxananın əsasən yarımsəhra reliefə malik İmişli rayonunun çox az hissəsini əhatə edən meşə zolağında fəaliyyət göstərməsidir. İkinci isə torpaq sahələrinin müəyyən bir hissəsinin şoran olmasıda ciddi problemlərin əsasını qoymaqdadır. Nədir bu problemlər? Mənbənin verdiyi məlumata görə artıq bir müddətdir ki, karxanaya yaxın ərazidə tikilən evlərdə müəyyən ölçüdə çatlar əmələ gəlib. Problemlə bağlı müxtəlif instansiyalara şikayətlər edilsə də, hələ ki, müraciətlərə baxılmayıb. O zaman sual olunur: Yaranmış və yaranma ehtimalı böyük olan problemlərə baxılmamasının səbəbi Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevdir, yoxsa..? Yox əgər səbəb başqadırsa o zaman buyurun cənablar. Cavablarınızı təqdim edin dərc edək.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.