SON XƏBƏR

Əhməd Davudoğlu: “İraqda hərbi əməliyyat aparmaq fikrimiz yoxdur”

Dekabr 06
11:48 2015
Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkəsinin İraqda hərbi mövcudluğunu gücləndirməsi barədə iddiaları rədd edib. Musavat.com-un xarici qaynağa istinadən verdiyi məlumata görə, bu barədə o, yerli telekanallardan birinə müsahibəsində bildirib.
 
"Mosuldan 30 km şimalda, Başik düşərgəsində terrorçularla mübarizə aparan könüllülərin təlimləri keçirilir”, - deyib baş nazir və əlavə edib ki, orada Türkiyə hərbçilərinin varlığı qətiyyən Türkiyənin İraqda hərbi əməliyyata hazırlaşması anlamına gəlmir.
 
Bundan öncə rəsmi Ankara Mosulun şimalında könüllülərə (pəşmərgələrə) təlim keçən türk hərbçilərinin əvəzləndiyini bəyan eləmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook