Əhməd Davudoğlu Ərdoğana qarşı üsyan bayrağını qaldırdı (ŞƏRH)
Aprel 23
00:07
2019
Türkiyənin sabiq baş naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş lideri Əhməd Davudoğlu uzun müddət davam edən səssizliyinə son qoydu. Bu gün o, özünün sosial media hesabları vasitəsilə əhatəli açıqlama ilə çıxış etdi. Buna şərti olaraq "Əhməd Davudoğlunun aprel manifesti” də demək olar.
Keçmiş hökumət başçısı Türkiyənin və AKP-nin hazırkı durumunu geniş təhlil edir və çıxış yolları göstərir. O, yazının giriş hissəsində hazırda Türkiyədə hökm sürən daxili gərginliyə işarə edərək bildirir ki, öz içərisindəki qarşıdurmaları bir yana qoyaraq zamanın ruhuna uyğun vizyon müəyyənləşdirən ölkələr önümüzdəki onillərə, hətta əsrlərə damğa vuracaq gücə qovuşacaq, qısır daxili gərginliklərdə enerjisini tükədən ölkələr isə tarixi inkişafdan geri qalacaqlar. Professor Davudoğlu xatırladır ki, 2000-ci illərin əvvəllərində AKP məhz zamanın ruhunu və millətin dəyərlərini qavrayan bir vizyonla iqtidara gələrək demokratikləşmə və iqtisadi inkişafa nail olub, ölkənin beynəlxalq nüfuzunu artırıb. Lakin 2013-cü il Gəzi olayları ilə başlayan, 17-25 dekabr 2013-cü il hadisələri (AKP və fətullahçıların ilk toqquşması) ilə davam edən, PKK-nın çuxur taktikası ilə təhlükəli səviyyəyə yüksələn və 15 iyul 2016-cı ilə çevriliş cəhdi ilə zirvəyə çıxan daxili gərginliklər Türkiyəni vizyoner və reformist siyasətdən reaksioner və müdafiə mövqeyinə sürükləyib. Davudoğlu son 3 il ərzində öz narahatlıqlarını və təkliflərini həm şifahi, həm də yazılı şəkildə prezident Ərdoğana çatdırdığını və bunları ictimaiyyətə açıqlamadığını söyləyir. Onun fikrincə, 31 mart seçkiləri və ondan sonra yaşananlar ölkənin gələcəyi ilə bağlı açıq, şəffaf müzakirənin aparılmasını zəruri hala gətirib.
Əhməd Davudoğlu hesab edir ki, prezident üsul-idarəsi gözləntiləri doğrultmayıb və hakimiyyətin bölünməsi (qanunverci, icra, məhkəmə) prinsipini zədələyib, nəzarət-balans mexanizmlərini sıradan çıxarıb, bu səbəblə yeni Konstitusiya layihəsi hazırlanmalı və sistem dəyişməlidir. O, son vaxtlar ölkə rəhbərliyinin beka (mövcudluq) təhlükəsini ön plana çıxarması ilə razılaşmır, Osmanlının quruluş illərində yaşamış mütəfəkkir Şeyx Edebalidən misal gətirərək insanı və onun təməl haqlarını nəzərə almayan, yaxud ikinci plana atan heç bir dövlətin uzun yaşamayacağını, AKP-nin əvvəllər bütün təbəqələri əhatə edən, qucaqlayan və dövlətin gələcəyindən əminliyini ifadə edən ritorikasının beka əndişələrinə əsaslanan və status-kvonu dəstəkləyən ritorika ilə əvəzləndiyini deyir. Davudoğlu bəyan edir ki, beka narahatlığı demokratiyanı təxirə salmaq üçün əsas verə bilməz, əksinə, dövlətin bekasının təməli demokratik legitimlikdir.
Sabiq baş nazir ad çəkmədən prezident Ərdoğanı da hədəf alır. Qeyd edir ki, son dönəmlərdə təvazökarlıqdan uzaq təkəbbürlü bir dil üstün olmağa başlayıb, AKP daxilində məsləhət-məşvərət anlayışı tamamilə aradan qalxaraq bir nəfərin rəyi hegemon olub. O, partiyanın daxilində paralel yapı olduğunu və onların partiyanın seçkili orqanlarını qərarların qəbulundan kənarlaşdırdığını diqqətə çatdırır. Davudoğlu burada şərti olaraq "Pelikan” adlandırılan qrupu nəzərdə tutur. Bu qrup onun baş nazir və AKP liderliyindən uzaqlaşdırılmasında mühüm rol oynayıb və hazırda iqtidar mediasında, eləcə də sarayda ciddi təsir gücünə malikdir. Nepotizmə diqqət çəkən sabiq baş nazir hakim ailənin və onun çevrəsinin dövlət üzərində təsirini də tənqid edir.
Davudoğlu MHP ilə yaradılan Cumhur İttifaqına açıq şəkildə qarşı çıxır, bu ittifaqın AKP-yə zərər verdiyini, partiyanın özünü MHP-nin dar siyasi ritorikasına həbs etdiyini, sahilyanı zonalardan qoparaq İç Anadolu və Qara dəniz bölgələrinə doğru gerilədiyini, burada isə üstünlüyün MHP-yə keçməyə başladığını vurğulayır. O, İstanbul seçkilərini və son günlər baş verən hadisələri nəzərdə tutaraq qutudan kim çıxarsa çıxsın, qazanan tərəfin xalq və demokratiya olduğunu, bu nəticəyə hörmət göstərilməsinin zəruriliyini, müxalifətin düşmənləşdirilməsinin yanlış olduğunu bildirir, CHP lideri Kamal Kılıçdaroğluna hücumu qınayır.
Türkiyədəki iqtisadi böhrana toxunan Əhməd Davudoğlu hesab edir ki, böhranın təməlində iqtisadiyyatın idarə edilməsindəki nöqsanlar dayanır. Keçmiş hökumət başçısı iqtisadi sahədə alınan qərarların gerçəklikdən uzaq, bazar iqtisadiyyatı qaydalarına və iqtisad elminin qanunlarına zidd olduğunu vurğulayaraq ad çəkmədən prezident Ərdoğanın kürəkəni Berat Albayrakı hədəf alır. Onun sözlərinə görə, iqtisadi idarəetməyə inam itib, bu güvən bərpa olunmadan böhrandan çıxmaq mümkün olmayacaq. Davudoğlu bununla faktiki olaraq, xəzinə və maliyyə naziri, iqtisadiyyatı idarə edən B.Albayrakın vəzifədən kənarlaşdırılmasını təklif edir. İqtisadi inkişafa nail olmağın əsas şərtləri kimi o, hüququn aliliyinin, məhkəmə müstəqilliyinin təmin olunmasının önəminə diqqət çəkir.
Bundan sonra nə olacaq?
Əhməd Davudoğlu təcrübəli siyasətçidir və prezident Ərdoğanı çox yaxşı tanıyır. O, irəli sürdüyü irad və təkliflərin, səsləndirdiyi tənqidlərin Ərdoğanın xoşuna gəlməyəcəyini və dərhal rədd ediləcəyini bilir. Hətta bu mövqeyinə görə hücumlara, həqarətlərə məruz qalacağını da anlayır. Belə olan halda, bu geniş açıqlamanın məqsədi nədir?
22 aprel manifestini əslində Davudoğlunun quracağı və yaxud rəhbərliyində yer alacağı yeni siyasi partiyanın vizyon sənədi, onun proqramının əsas ştrixləri kimi qiymətləndirmək olar. Abdulla Gül, Əhməd Davudoğlu və Əli Babacan başda olmaqla, AKP daxilindəki küskünlərin yeni siyasi partiya formalaşdırmağa başladıqları barədə söz-səhbətlər son aylar Ankara kulislərində geniş yayılıb. Əlbəttə ki, iqtidar partiyasından istefa verib, yeni siyasi partiya quruculuğuna başlamağı AKP-nin üzv və tərəfdarlarına izah etmək, bu addımı inandırıcı şəkildə əsaslandırmaq lazım gələcək. Bugünkü açıqlama məhz bu ehtiyacdan doğur. Böyük ehtimalla Davudoğlu partiya daxilində kifayət qədər mübarizə apardığını, amma irad və təkliflərinin nəzərə alınmadığını, AKP-dən ayrılmaqdan başqa yolunun qalmadığını söyləyərək AKP-dən istefa verəcək və öz siyasi layihəsinin icrasına başlayacaq. Hələlik onun Gül və Babacanla bərabər hərəkət edib-etmədiyi məlum deyil. Gül-Babacan cütlüyünün də partiya yaratmaq üçün çalışmalara başladıqları məlumdur. Davudoğlunun onlara qoşulması da, öz partiyasını yaratması variantı da istisna olunmur. Önəmli detallardan biri də budur ki, adı şəkilən şəxslər birmənalı olaraq avrointeqrasiyanın tərəfdarıdır və Qərbin siyasi-maliyyə çevrələri ilə yaxın münasibətlərə malikdir. Gül və Davudoğlu tez-tez beynəlxalq konfranslara dəvət olunur və orada nitq söyləyirlər. Təxmin etmək çətin deyil ki, Qərb Ərdoğanın zəifləməsində və Türkiyədə mühafizəkar-demokrat platformalı yeni qərbyönümlü siyasi partiyanın formalaşmasında maraqlıdır. Bu səbəblə, Gül-Davudoğlu-Babacan triosunun asanlıqla Qərbin siyasi dəstəyini alacağını, hətta aldığını qeyd edə bilərik. Əslində Türkiyədəki gedişat – iqtisadi böhranın dərinləşməsi də ölkəni Qərblə münasibətləri düzəltmək məcburiyyəti qarşısında qoyur. Çünki Türkiyənin böyük miqdarda kapitala ehtiyacı var, bu kapitalın mənbəyi isə Qərbdən başqası deyil.
31 mart 2019-cu il bələdiyyə seçkiləri Türkiyədə yeni siyasi mərhələnin əsasını qoydu. Prezident Ərdoğan bu seçkilərdə uduzmasa da, onun "zirehi” deşildi və heç də məğlubedilməz olmadığı aydınlaşdı. Artq Türkiyədə heç nə əvvəlki kimi olmayacaq.
Şahin Cəfərli, politoloq
abzas.org