SON XƏBƏR

"EGE Hospital“ məhkəməyə verildi: Bu həkimlərdən təzminat tələb edilir (FOTO)

Yanvar 09
19:31 2024
"Ege Hospital" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. 

Qaynarinfo-nun məlumatına görə, klinika barəsində məhkəməyə Abbasov Əbülfət Əsgər oğlu müraciət edib. 

Məhkəmədə xəstəxana rəhbərliyi ilə yanaşı, orada çalışan zob həkimi dr. Əliyev Fuad Yusif oğlu, qulaq-burun-boğaz və baş-boyun cərrahı Araz Əliyev də cavabdeh qismində iştirak edəcək. 
 


Fuad Əliyev 

Əbülfət Abbasov həkimlər barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi və mənəvi ziyanın ödənilməsi" iddiasını qaldırıb. 

İşə Nərimanov Rayon Məhkəməsinin hakimi Solmaz Ədilovanın sədrliyi ilə baxılacaq. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook