SON XƏBƏR

Əfv Komissiyası ilk iclasda yeni siyahı hazırlayacaq

Fevral 29
14:55 2016
"Əfv Komissiyası yeni tərkibdə hələ ki, toplanmayıb. İlk iclasın vaxtı da bəlli deyil. Ancaq yaxın zamanlarda komissiya ilk iclasını keçirəcək.
 
Bir neçə günə iclasın tam dəqiq vaxtı məlum olacaq”.
 
Bunu Cebhe.info-ya açıqlamasında Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, Əfv Komissiyasının üzvü Mehti Mehtiyev deyib. M.Mehtiyev qeyd edib ki, növbəti əfv siyahısında kimlərin adları olacağına ilk iclasda aydınlıq gətiriləcək: "Qarşıdan Novruz bayramı gəlir, çox güman ki o bayram ərəfəsində bu məsələlərə baxılacaq”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook