SON XƏBƏR

Ədliyyə Nazirliyinin sabiq şöbə rəisi həbs edildi

Mart 12
17:08 2024
Ədliyyə Nazirliyinin Katibliyinin məxfi şöbəsinin rəisi Hafiz Əliyev dələduzluq ittihamı ilə həbs edilib.

"Qafqazinfo”nun verdiyi məlumata görə, Hafiz Əliyev Maştağa qəsəbəsinin sədri İlqar Qurbanova təkrar bələdiyyə sədri seçiləcəyi barədə yalan vəd verərək onun 90 min manat pulunu ələ keçirib.

Bir müddət sonra zərərçəkmiş İlqar Qurbanov vəfat edib. Onun hüquqi varisi kimi tanınan həyat yoldaşı Hafiz Əliyevlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Təqsirləndirilən ədliyyə əməkdaşı haqda istintaq dövründə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Şəlalə Həsənovanın sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə Hafiz Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Hafiz Əliyev 2019-2023-cü illərdə sözügedən vəzifəni icra edib. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook