SON XƏBƏR

DYP-nin radar dələduzluğu

Fevral 26
12:45 2016
Vətəndaş poçtla elektron protokolun surətini əldə etdikdən sonra çaş-baş qalıb
 
Azərbaycanda yüzlərlə radar gecə-gündüz sürət limitini ötən nəqliyyat vasitələrini müəyyən etmək üçün istifadə edilir. Kürdəmir-Nəvahi magistral yolu bu tip radarlarla doludur. Azərbaycan vətəndaşı poçtla elektron protokolun surətini əldə etdikdən sonra çaş-baş qalıb.
 
Protokolda onun avtomobilinin sürət limitini faktiki olaraq 108 km/saat pozduğu qeyd edilib. Məlum olub ki, yolda quraşdırılan radar 90 km/saat sürət limitini ötən avtomobilləri qeyd edir. Məsuliyyətli sürücü, avtomobilinə quraşdırılan videoregistratorla protokolu izahlı müqayisə edərək sistemdəki səhvi sübut edib.
 
Belə ki, radara çatmamış yol nişanı sürət həddinin 110 km/saat olduğunu göstərir. Ancaq radaq 90 km/saat sürətini ötənləri qanunu pozduğu üçün qeydə alır.
 
Biz sizdən bu xəbəri paylaşmağı xahiş edirik ki, başqa sürücülər də səhv işləyən MMX-nın qurbanına çevrilməsin.
 
Avtosfer.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook