Dövlət Vergi Xidmətində yeni təyinat
Aprel 02
16:23
2024
Dövlət Vergi Xidmətində yeni təyinat olub.
Baku.ws xəbər verir ki, Mirzə Vahid oğlu Mirzəyev Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinə rəis təyin edilib.
2018-ci ildən bu təyinata qədər Vergilər Nazirliyinin Vergi auditi baş idarəsində dövlət vergi müfəttişi, şöbə rəisi və baş idarə rəisinin müavini vəzifələrində çalışıb.
Qeyd edək ki, Mirzə Mirzəyev 1992-ci ildə Bakı şəhərində anadan olub. 2012-ci ildə Bakı Dövlət Universitetinin iqtisadi kibernetika ixtisası üzrə bakalavr təhsilini başa vurub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında iqtisadiyyatın dövlət tənzimlənməsi ixtisası üzrə magistr təhsili alıb. Əlavə olaraq, Böyük Britaniyanın Queen Mary universitetində dövlət proqramı çərçivəsində maliyyə və bank işi ixtisası üzrə fərqlənmə ilə magistr dərəcəsi əldə edib.
2011-ci ildə mühasibatlıq və maliyyə sahəsi üzrə beynəlxalq səviyyədə tanınan CIMA sertifikatına yiyələnib.
2016-2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.
2010-2013-cü illərdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində, 2014-2018-ci illərdə Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır.