SON XƏBƏR

Dövlət Radiotezliklər İdarəsinin "zerkalnı" tenderi - 11.111.11 manat...

Dekabr 12
00:36 2024
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi cari ilin noyabr ayının 29-da sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.
 
Qlobal.az xəbər verir ki, "Dövlət Radiotezliklər İdarəsinin veb saytının hazırlanması" lotu üzrə keçirilən satınalmanın məbləği 11.111.11 manat, qalibi isə "SECOP" Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib. 
 


Satınalma predmeti "Dövlət Radiotezliklər İdarəsinin veb saytının hazırlanması" kimi qeyd edilsə də, açıqlamada "Texniki tapşırığa uyğun olaraq tələblərin öyrənilməsi, dizayn edilməsi, mokapların hazırlanması, təhvil verilməsi" və "1 illik texniki xidmətin" göstərilməsi vurğulanır. 
 
İdarənin sifarişçi olduğu satınalmada göstərilən xidmətin hansı meyarlarla hesablandığı, nəticədə ortaya "zerkalnı" rəqəmin - 11.111.11 manatın çıxması bir sıra suallar yaradır. 
  
Qeyd edək ki, Dövlət Radiotezliklər İdarəsinin rəis vəzifəsini icra edən İlham Əhədovdur. 
 

 
İlham Əhədov 2021-ci ildə rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib. 
 
Cahandar Laçınlı
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook