SON XƏBƏR

Dövlət qurumu ölən şəxsin ölkədən getməməsi üçün məhkəməyə müraciət etdi

Mart 28
00:21 2024
Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vəfat etmiş şəxs barəsində məhkəmədə iddia qaldırıb.

Qlobal.az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, İdarə Şükürov Rəmzi Əvəz oğlu barəsində Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edib.

İşin mahiyyəti isə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat) ilə bağlıdır.

Məhkəmə işi hakim Zaur Pirverdiyevin icraatına verilib. İş üzrə aprelin 4-də saat 16.00 üçün məhkəmə baxış iclası təyin edilib.

Qeyd edək ki, barəsində məhkəmədə iddia qaldırılan mərhum Rəmzi Şükürov iş adamı Əvəz Şükürovun oğludur. O, bu ayın əvvəlində sirkə içərək intihar edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook