SON XƏBƏR

Dövlət Komitəsində 1,7 milyonluq tədbir oyunu: bu qədər vəsait kimin şirkətinə verilib?

Fevral 20
17:07 2024
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planının 2024-cü ildə öhdəlikdə olan tədbirlərin təşkilinin satın alınması” tenderinin nəticələrini elan edib.

Qlobal.az FED.az-a istinadla xəbər verir ki, tenderin qalibi "Ukrayna Ticarət Evi" MMC olub.

Qalib şirkətlə 1 679 966 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, "Ukrayna Ticarət Evi” MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Əlibala Məhərrəmzadə Səttar oğludur. Hüquqi ünvanı AZ1007, Bakı Şəhəri Nəsimi Rayonu, Xan Şuşinski, Ev 48, M2, m. 1 ünvanında yerləşir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook