Dövlət Gömrük Komitəsi vətəndaşların suallarını cavablandıracaq – Vaxt açıqlandı
Mart 04
17:10
2019
Martın 5-də Dövlət Gömrük Komitəsinin "Facebook” sosial şəbəkəsindəki səhifəsində canlı yayımda "Yaşıl Dəhliz” buraxılış sistemi və "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 saylı qərarı ilə bağlı vətəndaşların sualları cavablandırılacaq.
Qeyd edilir ki, suallar yalnız mövzu ilə bağlı olmalıdır. Cavablandırılması üçün xüsusi araşdırma və vaxt tələb olunan suallara canlı yayımdan sonra müraciət edənlərin şəxsi mesaj qutularına göndərilən açıqlamalar vasitəsilə aydınlıq gətiriləcək.