Dövlət Agentliyi general Şahverdiyevin qeydiyyatını ləğv etdi - 21 min vergi borcu var
Yanvar 10
10:34
2024
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə sahəsində fəaliyyət göstərən fərdi sahibkar Şahverdiyev Mayıl Seminar oğlunun (VÖEN – 1800264142) 21 noyabr 2018-ci il tarixli 1811210017 nömrəli qida təhlükəsizliyi qeydiyyatını ləğv edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat AQTA-nın 2023-cü ilin dekabr ayı üçün açıqlanan hesabatında yer alıb.
Hazırda (08 yanvar 2024-cü il tarixinə) dövlət büdcəsinə 20 min 974 manat 569 qəpik vergi borcu olan fərdi sahibkar Şahverdiyev Mayıl Seminar oğlunun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini olan general-leytenant Şahverdiyev Mayıl Seminar oğlu ilə eyni şəxs olduğu bildirilir.
Qeyd edək ki, Şahverdiyev Mayıl Seminar oğlu 25 sentyabr 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin səfərbərlik hazırlığı və səfərbərlik üzrə müavini – Səfərbərlik hazırlığı və səfərbərlik baş idarəsinin rəisi təyin olunub. 27 dekabr 2021-ci il tarixindən general-leytenanat rütbəsi daşıyır. Şahverdiyev Mayıl Seminar oğlu 15 dekabr 2020-ci il tarixində 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qlobal.az