SON XƏBƏR

“Dünya Göz” klinikası məhkəməyə verildi

Mart 05
15:26 2024
"Dünya Göz Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəmə verilib.

Qaynarinfo-nun məlumatına görə, göz xəstəxanası barədə məhkəməyə Hətəmova Meyram İbrahim qızı müraciət edib.

Meyram Hətəmova xəstəxana tərəfindən ona dəyən zərəri ödənilməsini tələb edir.

Xanım şikayətçi xəstəxana rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – Maddi ziyanın ödənilməsi” iddiası qaldırıb.

İş Səbail Rayon Məhkəməsinin hakimi Şahin Abdullayevin icraatındadır.

Qeyd edək ki, qanuni təmsilçisi Adem Esgün olan "Dünya Göz Azərbaycan”ın nizamnamə kapitalı 10000AZN-dir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook