DTX-nın kamerasına danışan İdarə rəisi haqqında şok iddia - VİDEO
May 13
01:02
2020
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsi Mədəniyyət Nazirliyində keçirilən əməliyyatla bağlı rəsmi məlumat yayıb.
DTX-nin yaydığı məlumatda Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol verdikləri bildirilir.
Qlobal.az-ın əldə etdiyi məlumata görə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov korrupsiya məsələsinə görə, artıq ikinci dəfədir ki, xüsusi xidmət orqanları tərəfindən dindirilir.
Sayta danışan mənbənin dediyinə görə 2014-cü ildə, o zamankı Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat zamanı Mehman Şükürovun dəhşətli korrupsiyasının üstü açılıb.
Belə ki, 2014-cü ildə MTN-nin Sumqayıt Dövlət Musiqili Dram Teatrında keçirdiyi əməliyyat zamanı teatrda 100-dən artıq "ölü can"ların olduğu müəyyən edilib.
MTN-nin Sumqayıt Dövlət Musiqili Dram Teatrında keçirdiyi əməliyyat zamanı baş verən bir epizod isə hələ də mədəniyyət cameəsində acı istehza ilə xatırlanır: MTN-nin əməkdaşının "tualet hardadır" sualına teatrda adı 7 ay "elektrik" vəzifəsində gedən "ölü can"ın çiyin çəkməsi hər kəsin şaqqanaq çəkib gülməsinə səbəb olub.
Bu hadisədən sonra Mehman Şükürov direktor vəzifəsindən istefa verərərk daha mədəniyyət sahəsində çalışmayacağı barədə mətbuata açıqlama vermişdi.
Ancaq Mehman Şükürov bu açıqlamasından bir müddət sonra müəmmalı formada Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi, 2018-ci ildən Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi təyin edildi.

Qurumun yayımladığı əməliyyat videosunda Şəmkir, Gəncə və Sumqayıt Regional Mədəniyyət İdarələrinin rəisləri ifadə verərək Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun göstərişi ilə tabeliklərində olan musiqi məktəblərində müəllimlərin adlarına artıq dərs saatları yazdıqlarını, hər ay buradan yığılan 9-12 min manatlıq vəsaiti nazir müavinə çatdırdıqlarını bildiriblər.

Qlobal.az