SON XƏBƏR

DTX-nin əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini anıblar (VİDEO)

Dekabr 12
14:24 2025
Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib.

DTX-nin Mətbuat xidmətindən verilən məlumata görə, Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarları üzərinə gül dəstələri qoyulub.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook