“Dostluq” parkına görə həbs olunanlara hökm oxunub
Sentyabr 20
11:51
2016
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən "Dostluq” parkının ərazisindəki torpaq sahələrinin alqı-satqısını qanunsuz olaraq həyata keçirməkdə təqsirləndirilən şəxslərin cinayət işi məhkəmə prosesi keçirilib.
Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə hökm oxunub.
Hökmə əsasən, Etibar Məmmədov 7 il 6 ay, Famil Quliyev 7 il, Tərlan Hüseynov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror təqsirləndirilən Etibar Məmmədovun 11 il, Famil Quliyevin 10 il, Tərlan Hüseynovun isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəmişdi.



