SON XƏBƏR

Dosentlə BDU arasında qalmaqal davam edir - Qabil Əhmədov Ali Məhkəməyə üz tutdu

Fevral 16
17:16 2024
Filologiya üzrə fəlsəfə doktoru olan Qabil Əhmədovla Bakı Dövlət Universiteti (BDU) arasında məhkəmə çəkişməsi davam edir. 

Qaynarinfo xatırladır ki, Qabil Əhmədov 1975-ci ildən BDU-da işləyib. 

O, ötən il işdən çıxarılıb. Bunun qanunsuz hesab etdiyi üçün işə bərpa və əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib. Birinci instansiya və apellyasiya məhkəmləri Qabil Əhmədovun iddiasını təmin etməyib.

77 yaşlı dosent Ali Məhkəməyə kassasiya şikayəti verib. Onun şikayətinə hakim Əhməd Nurməmmədovun sədrliyi ilə baxılacaq. Məhkəmə prosesinin vaxtı müəyyənləşməyib. 

BDU-nun rektoru Elçin Babayevdir. O,  2019-cu ildən bu vəzifədədir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook