DİN: Şəxsiyyət vəsiqələrinin verilməsi daha da sürətlənir - səyyar xidmətlər davam etdirilir
Avqust 19
16:52
2016
Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.
Bu barədə musavat.com-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Belə ki, şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə növbəti belə tədbirlər respublikanın Astara və Beyləqan rayonlarının ucqar kəndlərində baş tutub.
Səyyar xidmətlər zamanı şəxsiyyət vəsiqələri almaq və ya dəyişmək istəyən, ümumilikdə 1698 nəfər, o, cümlədən Astara rayonunda 1477, Beyləqan rayonunda isə 221 şəxsin müvafiq sənədləri icraya qəbul edilib.
Bu sahədə tədbirlər davam etdirilir.