SON XƏBƏR

Dərman idxalı ƏDV-dən azad edilə bilər

Fevral 10
18:13 2016
Vergilər Nazirliyi dərman idxalının ƏDV-dən (faiz dərəcəsi 18 faiz təşkil edir) azad edilməsi imkanlarını istisna etmir.
 
Trend-in məlumatına görə, bunu jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
 
Onun sözlərinə görə, hazırda bu məsələ ölkə parlamentində müzakirə olunur: "Bu addım dövlət büdcəsinə ciddi ziyan vurmayacaq. Vergi güzəştlərinin tətbiqi taktiki gedişdir. Bu, sahibkarlığın inkişafı üçün lazımdır. Məsələn, kənd təsərrüfatı sahəsi torpaq vergisi istisna olmaqla bütün vergi növlərininin ödənişindən azad edilib. Bu, aqrar sektora təqribən 2 milyard manata qənaət etməyə imkan verib".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook