Deputat iş icraçısını tutdurmaqla hədələdi
Oktyabr 06
11:54
2016
Mirzəcan Xəlilov villasını tikən briqadanın... ona borclu olduğunu iddia edir.
Z.Əliyev 2013-cü ildə briqadiri olduğu 20 nəfərlik usta-fəhlə heyəti ilə Mirzəcan Xəlilovun Novxanıdakı villasında fasadın təbii daş örtüyü ilə üzlənməsi üçün işə başladıqlarını, 2014-cü ilin may ayına qədər işlərin 90 faizə yaxını görüldüyünü, M.Xəlilovun ona 55 min manat borcunu hələ də vermədiyini bildirmişdi. Z.Əliyev 2014-cü ilin mayında M.Xəlilovun onu "yox etməklə” hədələdiyini də demişdi.
Mirzəcan Xəlilov isə modern.az-a açıqlamasında bildirib ki, Z.Əliyev onun haqqında dediyi ittihamları sübut etməlidir, yoxsa o, cinayət məsuliyyətin cəlb olunacaq: "Axı nəyə görə, 2013-cü ildə görülmüş iş haqqında indi məsələ qaldırırlar, bu 3 ili harada yatmışdın?
Mən 2013-cü ildə özümə ev tikdirəndə heç deputat da deyildim, sadə bir adam idim. Zülfüqar Əliyev elə o zaman gələrdi və nə problemi var idisə, üzbəüz oturub həll edərdik.
Artıq Zülfüqar Əliyevi Ağdam Rayon Məhkəməsinə vermişik. Qoy Zülfüqar göstərsin ki, mənim evimdə hansı işləri görüb. Zülfüqar Əliyev özü etiraf edir ki, məndən 160.000 manat pul alıb. Amma 160.000 manatdan sonra biz özümüz onun 20.000 manat borcunu bağlamışıq. O, bu gün 160.000 manatı ortalığa qoysun. Bilək, görək ki, o qədər məbləğin qarşılığında hansı işləri görüb kimə və hara verib. Bizim heç bir usta və fəhləyə borcumuz qalmayıb, hamısını bağlamışıq. Zülfüqarın özü mənə 55.000 manat pul borcludur. Pullarımı yedi qaçdı, işləri də yarımçıq qoydu. Deyir ki, guya evimin 90 faiz işini görüb. Amma o, heç evin işlərinin 50 faizini də görməyib. Özü çox gözəl bilir ki, məhkəmənin sonunda onu ağır cəza gözləyir və indidən bu formada yalandan hay-küy salır".
M.Xəlilov Z.Əliyevi ölümlə hədələmədiyini deyib: "İlk dəfə Abşeron Rayon Məhkəməsində dedim ki, bu şəxs məni şantaj edir. Məhkəmə də dedi ki, bu məsələ media, KİV-də getməyibsə, şantaj hesab olunmur. İndi ki, Zülfüqar Əliyev məsələni bu qədər şişirdərək mediaya qədər gətirib çıxardı, buna görə də o, qanun qarşısında ciddi şəkildə cavab verəcək, məsuliyyətə cəlb olunacaq”.
Deputat sonda deyib ki, Zülfüqar Əliyevin ona olan borcunu və dəymiş zərərin təzminatını istəmir, ondan əl çəksin: "Zülfüqar Əliyevin bizə ödəməli olduğu 100.000 manat təzminatın içində 35.000 manat onun bizə olan borcudur. Axşama qədər mənim dalımca olmayan şər-böhtanı yazdırıb təhqir edir. Mənə onun 100.000 manatı lazım deyil, bu söz-söhbəti qurtarsın. Ondan heç nə istəmirəm. Yığışdırsın bu söz-söhbəti, yerində otursun. Belə olmaz axı...

Deputat, "Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilov 2013-2014-cü illərdə Novxanıdakı villasında işlətdiyi Laçın rayon sakini Zülfüqar Əliyevə olan borcunu ödəməməsinə dair ittihamlara cavab verib

Onlar düşünürlər ki, mən indi deputatam və məni hansısa yollarla şantaj edib pul alacaqlar. Amma onlar səhv yoldadırlar. Çünki bu ölkədə qayda-qanun var. Əgər mənim Zülfüqara borcum var idisə, niyə 3 il bundan qabaq tələb etmirdi?"

M.Xəlilovun ünvanladığı suala və dediklərinə Z.Əliyev "Yeni Müsavat”la əlaqə saxlayaraq cavab verib: "Biz ona görə məsələni mediaya indi çıxarmışıq ki, 2014-cü ildə bizə vəd verilmişdi ki, pulunuz villa tam hazır olanadək veriləcək. Villanın tikintisinə rəhbərlik edən Ramiz adlı ”prorab" mənə demişdi ki, villa hazır olsun Mirzəcan Xəlilov oraya köçəndə sizdən də halallıq almamış köçməz, pulunuzu verəcək, səbrli olun. Mən də iki il məsələni böyütmədim. 2016-cı ilin mayın axırında məlum oldu ki, Mirzəcan Xəlilov borcumuzu vermək əvəzinə məni məhkəməyə verib. Dedim nə olar məhkəmə qaydasında məsələ həll olunar. Abşeron Rayon Məhkəməsi mənə qarşı xüsusi ittiham qaydasında şikayət üzrə icraata iyunun 29-da xitam verdi. Mirzəcan Xəlilov bununla razılaşmayaraq məndən Ağdam Rayon Məhkəməsinə şikayət verib. Məhz bundan sonra qərara gəldim ki, problemi mediaya çıxarım və lazımi dövlət rəsmilərimizə də bu vasitə ilə müraciət edim. Borcunu vaxtında ödəsəydi və məhkəməyə müraciət etməsəydi məsələ bu həddə çıxmazdı. Mənim onunla başqa heç bir problemim, düşmənçiliyim yoxdur. Onun pulunda da gözüm yoxdur. Mənə olan borcu istəyirəm. Heç bir qanunsuzluq etmirəm. Orada işləyən 20 usta bilir ki, biz orada işin neçə faizini görmüşük. Bunu sübut etmək üçün əlimdə dəlillər var. 220 min manat dəyərindən yuxarı iş görmüşük. 160 min manatını ödəyib".
Qlobal.az