SON XƏBƏR

Deputat: "Dərsliklər elektronlaşsın"

Yanvar 19
11:48 2024
"Orta məktəblər üçün nəzərdə tutulan bütün dərsliklər elektronlaşdırılmalıdır. Hesab edirəm ki, problemdən ən doğru çıxış yolu budur".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov orta məktəblərdə dərsliklərin iki nüxsə çap olunması ilə bağlı təklifə münasibət bildirərkən deyib. 

Deputatın sözlərinə görə, bu təklifi verənlər nəzərə almalıdır ki, hər bir kitabın çap olunması dövlət üçün böyük vəsait hesabına başa gəlir:

"Dövlət hansısa kitabı çap etmək üçün böyük məbləğdə vəsait sərf edir. Hər dərslikdən iki nüxsə çap olunması milyonlarla dərsliyin və dərs vəsaitlərinin çap olunmasıdır. Eyni zamanda bu dövlət büdcəsindən bu sahəyə kifayyət qədər vəsaitin ayrılmasıdır".
 
Ceyhun Məmmədov təhsil sahəsində kifayyət qədər xərclərin olduğunu qeyd edib:

"Bu mənada belə bir addımın atılmasına zərurət görmürəm. Düşünürəm ki, biz nə edə bilərik? Atacağımız addım o ola bilər ki, dərsliklər elektronlaşdırılsın və onlardan elektron qaydada istifadə olunsun. Söhbər gələcəkdə bu istiqamətdə birgə addımların atılmasından gedir. Buna görə təklif edirəm ki, bütün dəsliklər elektronlaşdırılsın. Bu gün dünyanın əksər ölkələrində bu üsuldan istifadə olunur. Onda da bizim zaman-zaman şikayət etdiyimiz kitabların, dərsliklərin ağır olması məsələsi gündəmdən çıxmış olacaq". 

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov orta məktəblərdə istifadə olunan dərsliklərin ağır olması səbəbindən iki nüxsə çap olunmasını təklif edib. Ekspert bildirib ki, dərsliyin biri evdə, ikincisi məktəbdə qalsın və belə olarsa şagirdlər ağır yük daşımaz. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook