Debitor borclar niyə artıb?- Naziq açıqladı
İyun 07
13:58
2024
"2023-cü ilin sonuna qədər debitor borclar 4 milyard 437 milyon manata qədər artıb. Debitor borcların artması ilə bağlı Hesablama Palatasının sədri qeyd etdi. Burada söhbət avans ödənilmiş vəsaitdən gedir".
Qaynarinfo xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisin iclasında deyib.
Nazir bildirib ki, bu ödənişlər həyata keçirilərkən dövlət xəzinədarlıq əməkdaşları tərəfindən bu məbləğlər nəzərə alınır və müəyyən işlər görüldükcə avans məbləğlər azaldılır:
Qaynarinfo xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisin iclasında deyib.
Nazir bildirib ki, bu ödənişlər həyata keçirilərkən dövlət xəzinədarlıq əməkdaşları tərəfindən bu məbləğlər nəzərə alınır və müəyyən işlər görüldükcə avans məbləğlər azaldılır:
"2023-cü il ərzində bağlanılmış avansların 62 %-i bundan əvvəlki illərdə verilmiş avans məbləğlərini əhatə edir. Bununla bağlı əsas məqam 2023-cü ilin sonuna qədər debitor borclar 4 milyard 437 milyon manata qədər artıb. Avansların 78,8 %-i güc strukturlarının üzərinə düşür. Bu da başa düşüləndir. Bu təşkilatlar tərəfindən müəyyən məmulatların alınması, istehsalı üçün uzunmüddətli müqavilələri bağlamalıdır. Bu da xeyli vaxt tələb edir. Belə olan təqdirdə bu vəsaitlər əvvəlcədən ödənilir, müvafiq avans təminatları alınır ki, bu müqavilələrin icrası təmin edilsin. Bu məsələlərə xəzinədarlıq orqanları tərəfindən nəzarət gücləndirilib. Bunun nəticəsidir ki, 2023-cü ildə məbləğ 2022-ci ildən aşağı düşüb.
Azərbaycanda 2022-ci ilin sonuna avans məbləği 1,1 milyard manat təşkil edirdisə, 2023-cü ilin sonuna 900 milyon manat olub. Yəqin ki, bu vəziyyət davam edəcək, çünki güc strukturları tərəfindən bu sifarişlər edilir, amma bunlar üzərində nəzarət qurulur. Digər dövlət qurumlarının xüsusi çəkisi isə ildən-ilə azalacaq", - deyə nazir qeyd edib.