SON XƏBƏR

Daxili Qoşunların hərbi qulluqçusu qəzada öldü

Oktyabr 09
11:18 2016
Qəbələ rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə ötən gecə Qəbələ rayonunun Zarağan kəndi ərazisində qeydə alınıb.

Qəbələ rayon sakini, 1995-ci il təvəllüdlü Süleymanov Səbuhi Səxavət oğlu idarə etdiyi 36-BB-211 dövlət nömrə nişanlı "VAZ 21011” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, Göyçay rayonu, Bığır kənd sakini, 1995-ci il təvəllüdlü Xəlilov Elşən Şəfəq oğlunu vurub.

Aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişən Elşən Xəlilov Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Qəbələ rayonu ərazisində yerləşən "N” saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) olub. 

O, hərbi hissədən işdən çıxıb evə gedərkən avtomobil qəzasının qurbanı olub. Məlumata görə özünün toy mərasiminə hazırlaşan Elşən Xəlilov ötən həftə ailə quracağı qızla nişanlanıb.

Hadisəni törədən sürücü saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook