David Kemeron: "HƏMAS mövcud olduğu müddətdə iki dövlətli həll mümkün deyil"
Dekabr 20
11:58
2023
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirib ki, Qəzza zolağında atəşkəs və tərəflər arasında münaqişənin iki dövlət prinsipi əsasında həlli radikal HƏMAS qruplaşması mövcud olduğu müddətdə mümkün deyil.
Qaynarinfo xəbər verir ki, nazir bunu İtaliyanın "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib.
"Atəşkəs HƏMAS-ın fəaliyyətini davam etməsinə gətirib çıxaracaq ki, bu da 7 oktyabr kimi hücumların təkrarlanması riskini həmişə saxlayacaq. Buna görə də dərhal atəşkəs ola bilməz və münaqişənin iki dövlətli həlli də mümkün deyil. Bu iki məsələ bir araya sığmır", deyə David Kemeron bildirib.
Böyük Britaniyanın xarici işlər nazirinin fikrincə, hərbi əməliyyatların dayandırılması yalnız İsrailə təhlükəsizlik təhdidlərinin aradan qaldırılması ilə mümkündür və bu, HƏMAS-ın ləğv edilməsini nəzərdə tutur.
O vurğulayıb ki, iki müstəqil dövlətin yaradılması ilə bağlı qərar üzərində hələ çox iş görülməlidir, çünki əvvəlki status-kvoya qayıtmaq artıq mümkün deyil.
Qeyd edək ki, bundan əvvəl də Almaniya və Böyük Britaniya Qəzza zolağında dərhal atəşkəsə qarşı Onların fikrincə, atəşkəsin daimi olacağı ehtimalı azdır. Berlin və London Fələstin-İsrail münaqişəsi çərçivəsində uzunmüddətli və davamlı atəşkəsin yaradılmasının vacibliyini vurğulayırlar. Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok və Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun "Times" qəzeti üçün yazdığı məqalədə deyilir.