SON XƏBƏR

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri ötən ili ziyanla başa vurub

Avqust 01
14:21 2024
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2023-cü ili 14 656 667 manat zərərlə başa vurub.

Bu barədə "APA-Economics"ə Dövlət Xidmətindən bildirilib.
Ötən il qurumun gəlirləri 60 666 998,86 manat, xərcləri isə 75 323 665,76 manat təşkil edib.

Hesabat dövründə Dövlət Xidmətinin əsas əməliyyat gəlirləri 57 141 158,24 manat, o cümlədən, dövlət büdcəsindən verilmiş vəsait üzrə gəlirləri 3 500 000 manat, sair əməliyyat gəlirləri 25 840,62 manat olub. Eyni zamanda istifadə edilmiş material ehtiyatları 682 790,07 manat, işçi heyəti üzrə xərcləri 53 035 433,74 manat, amortizasiya xərcləri 2 749 106,42 manat, digər əməliyyat xərcləri 4 429 038,41 manat, sair əməliyyat xərcləri 14 427 297,12 manat təşkil edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook