Daha bir fransalı senator Ermənistan ordusunun işğal olunmuş ərazilərdən çıxarılmalmasını tələb etdi
Aprel 12
21:53
2016
Fransa Respublikasının Ain
bölgəsindən olan senator Silvi Qo-Şavan bəyanatla çıxış edərək ermənilər tərəfindən Azərbaycan
Respublikasının Dağlıq Qarabağ və yeddi ətraf rayonun ərazilərinin işğalı və mülki əhaliyə qarşı törədilən təcavüzü pisləmişdir.
Senator bəyanatında bildirir ki, erməni silahlı qüvvələri illərdir Dağlıq
Qarabağı və yeddi ətraf rayonu qanunsuz şəkildə işğal altında saxlayır. O, Ermənistanı
davamlı olaraq həyata keçirdiyi təhriklərdən əl çəkməyə çağırır və BMT Təhlükəsizlik
Şurasının erməni hərbi qüvvələrinin işğal edilmiş ərazilərdən geri çəkilməsi ilə
bağlı qətnamələrə əməl edərək beynəlxalq hüquqa hörmət etməyi tələb edir.
Bəyanatda
senator Silvi Qo-Şavan Azərbaycanın birtərəfli qaydada atəşkəs elan etmək qərarını
da alqışlayır, mülki əhalini, dinc sakinləri qadın və uşaqlara məhəl qoymadan qətlə
yetirən Ermənistan ordusunun təcavüzkar əməllərini pisləyir və Ermənistan dövlətinə
də atəşkəslə bağlı eyni addımı atmağın
vaxtı yetişdiyini söyləyir.
Senator sonda bəyan edir ki, Ermənistan
ordusu tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ona bitişik rayonlar
Fransanın iqtisadi tərəfdaşı və terror əleyhinə mübarizədə mühüm müttəfiqi olan
və sabitlik adası sayılan Azərbaycan Respublikasının ərazisidir. Ermənistan
ordusu dərhal və heç bir qeyd-şərtsiz həmin ərazilərdən çıxarılmalıdır.
Qlobal.az



