Con Kerri Su-24 təyyarəsi barəsində danışıb
Dekabr 20
08:16
2015
ABŞ dövlət katibi Con Kerri Amerikanın Rusiya Su-24 təyyarəsinin vurulması hadisəsi ilə bağlı müəyyən məlumatlara sahib olduğunu bildirib.
Qlobalinfo.az xəbər verir ki, Con Kerri rus qırıcı təyyarəsinin vurulması ilə bağlı müəyyən informasiyalar əldə etsə də, detalları hələ də bilmədiyini qeyd edib.
Dövlət katibi verdiyi açıqlamada, "Həmin təyyarəyə nələr olduğunu detalları ilə bilmirəm. Biz radarlarımızdan əldə etdiyimiz müəyyən məlumatları bilirik. Baş verən məsələ ilə bağlı bir fikrimiz var. Lakin hazırda formal müddət davam edir, məlumatlar dəqiqləşdirilir. Dəqiq informasiyalar olmadığı təqdirdə şərh bildirmək istəmirəm” sözlərini qeyd edib.



