SON XƏBƏR

Con Bolton: “Əgər Tramp ikinci dəfə prezident seçilsə, ABŞ-ı NATO-dan çıxaracaq”

Avqust 04
03:58 2020
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton Donald Trampın ikinci dəfə dövlət başçısı postuna seçildiyi halda ölkəni NATO-nun tərkibindən çıxaracağını bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu barədə Almaniyanın "Handelsblatt” qəzetinə müsahibəsində danışıb.

"Hazırda NATO-dan çıxmağı yalnız respublikaçıların cüzi hissəsi dəstəkləyir. Lakin əgər Tramp qalib gəlsə, bu baryer aşıla bilər. Kim bilir, o, ikinci müddətdə nələr edə bilər?”,-deyə Con Bolton söyləyib.

Keçmiş müşavir Avropa Birliyinin Trampın qalib gəlməsi təqdirdə diplomatik əlaqələrini Konqreslə qurmalı olduğunu vurğulayıb. "Həm Nümayəndələr palatası, həm də Senat prezidentə qarşı ola bilər. Əgər iş NATO-dan çıxmağa, həm də qoşunların Avropadan çıxarılması həddinə gəlib çatsa, bu, hər iki cəbhə tərəfindən güclü müqavimətlə qarşılanacaq. Ona görə avropalılar Konqreslə işləməlidirlər”,-deyə o, qeyd edib.

Con Boltonun fikrincə, hazırda ictimai rəyin Cozef Baydendən yana olması heç bir şeydən xəbər vermir. "Demokrat partiyasının seçkini uduzmaq kimi möhtəşəm qabliyyətini gözdən çıxarmaq olmaz”,-deyə o, fikrini istehza ilə ifadə edib.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook