Co Baydendən etiraf: “Amerikalılar hazırda depressiyadadır”
İyun 17
20:43
2022
ABŞ prezidenti Co Bayden amerikalıların iqtisadi qeyri-sabitliyə səbəb olan iki illik koronavirus pandemiyasından "olduqca depressiyaya düşdüklərini" etiraf edib. Onun sözlərinə görə pandemiya ən çox orta və kasıb ailələrin büdcəsinə zərbə vurub.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Ağ Evin rəhbəri bütün bunlarla bərabər ABŞ iqtisadiyyatında tənəzzülün qaçılmaz olduğuna inanmadığını söyləyib.
Bayden eyni zamanda, inflyasiyanın 40 ilin ən yüksək həddinə çatmasının əsas səbəbi kimi "COVID-19 pandemiyasının vurduğu zərəri ödəmək üçün əhaliyə edilən paketi” göstərən respublikaçı konqresmenlərə qəzəbini gizlətməyib. Prezident ümumiyyətlə, bu cür iddiaları qəribə adlandırıb.
"Associated Press” agentliyinə müsahibəsində prezident amerikalıların hazırda təşviş hissinə qapıldıqlarını gizlətməyib: "Onlar həqiqətən özlərini sıxılmış hiss edirlər. Amerikalıların arasında psixi sağlamlıq xidmətinə ehtiyac kəskin şəkildə artıb, çünki insanlar narahatdırlar. Ümid etdikləri hər şey boşa çıxdı. Bütün bunların çoxu COVID böhranı nəticəsində baş verib",-deyə prezident söyləyib.
İnflyasiyanın səbəblərinə gəlincə, Bayden bu məsələdə müdafiə mövqeyinə keçib. "Əgər bu, mənim günahımdırsa, bəs niyə dünyanın hər hansı digər iri sənaye ölkəsində inflyasiya daha yüksəkdir? Bu sualı özünüzə vermisiniz?",-deyə prezident qarşı sualını ünvanlayıb.