SON XƏBƏR

Cənubi Koreyanın müdafiə naziri istefa verib

Dekabr 04
14:52 2024
Cənubi Koreyanın milli müdafiə naziri Kim Yon Hyön ötən gecə hərbi vəziyyətin elan edilməsi və paytaxt Seula xüsusi texnika yeridilməsi qərarına görə hökumətdən və xalqdan üzr istəyərək istefa verib.

APA xəbər verir ki, bu barədə məlumatı yerli "Kyunghyang Shinmun” agentliyi yayıb.

Nazir baş verənlərə görə məsuliyyəti bilavasitə özünün daşıdığını vurğulayıb:

"Mən ölkəmizin milli müdafiə naziri kimi paytaxtda yaşanan hadisələrə və hərbi vəziyyət elan edərək, vətəndaşlarda narahatlığın yaranmasına səbəb olduğuma görə hər kəsdən üzr istəyirəm. Hərbçilər həmin gün məhz mənim göstərişlərim əsasında addım atıblar. Bu səbəbdən də artıq istefa ərizəmi müvafiq qaydada Parlamentə təqdim etmişəm”.

Qeyd edək ki, ölkədə hərbi vəziyyət elan edildikdən sonra ötən gecə paytaxt Seulun küçələrinə hərbi texnika yeridilib, helikopterlər isə səmada patrul fəaliyyətinə başlayıb.

Ardınca, ölkənin müxalifətdəki Demokratik Partiyasının lideri Li Cje Mön hərbi vəziyyət rejiminin tətbiqini konstitusiyaya zidd addım adlandıraraq, əhalini parlament binasının önündə toplaşmağa çağırıb.

Bu gün isə Parlament fövqəladə vəziyyət rejiminin ləğv olunması barədə qərar çıxarıb.

Xatırladaq ki, konstitusiyaya görə, nazirin istefa qərarını parlament təsdiqləməlidir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook