SON XƏBƏR

Cəbhədəki erməni təxribatının səbəbi - Video

Fevral 09
12:04 2017
Erməni politoloqlar açıq şəkildə bəyan edirlər ki, Qarabağ məsələsində həm diplomatik, həm də hərbi müstəvidə uduzublar.
 
Axar.az xəbər verir ki, bu sözləri politoloq Arzu Nağıyev düşmənin ötən gecə diversiya həyata keçirmək cəhdi və bu təxribatın Azərbaycan Ordusu tərəfindən qarşısının alınması barədə Şərq-ə aşıqlamasında deyib. A.Nağıyev deyib ki, həm şəhid Çingiz Qurbanovun nəşinin alınması, həm də blogger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası erməniləri qıcıqlandırıb:
 
"Sarkisyan hökuməti Dağlıq Qarabağın qondarma rejiminə verdiyi "müstəqillik” sözünə əməl edə bilmir. Eyni zamanda, ölkəni siyasi, iqtisadi və hərbi cəhətdən uçuruma aparır. Ona görə də son çıxış yolunu cəbhədə vəziyyəti gərginləşdirməkdə görür. Bəllidir ki, Sarkisyan hakimiyyəti öz siyasətini Dağlıq Qarabağ münaqişəsində indiki status-kvonu qoruyub saxlamaq və danışıqları dondurmaq üzərində qurur”.
 
Siyasi şərhçi bildirib ki, Ermənistan tərəfi Azərbaycanın hər uğurundan sonra təxribata əl atır:
 
"XİN rəhbəri Elmar Məmmədyarov həmkarı Lavrovla görüşdən sonra Azərbaycan, Rusiya və Ermənistan nazirləri arasında üçtərəfli görüşün ola biləcəyini açıqladı. Düşmən tərəf hər görüş öncəsi bu cür təxribatlara əl atır, cəbhədə atəşkəsi pozur. Daha sonra isə "günahkar” kimi Azərbaycanı hədəf göstərir, rəsmi Bakının sülh istəmədiyini iddia edir. Yəni göstərməyə çalışırlar ki, guya, cəbhədə gərginlik hökm sürdüyünə görə onlar danışığa gedə bilmirlər”.
 
Politoloq düşmənin cəbhədə xeyli itki verdiyini söyləyib: "Ermənilər itkilərini gizlədirlər. Erməni politoloqlar açıq şəkildə bəyan edirlər ki, Qarabağ məsələsində həm diplomatik, həm də hərbi müstəvidə uduzublar. Bütün bunlar sərhəd boyu və cəbhə xəttində yeni təxribatlara gətirib çıxarır. Əslində düşmən rejim atəşkəsi mütəmadi pozmaqla erməni ictimaiyyətini aldatmağa çalışır. Nəticə etibarı ilə Sarkisyan öz hakimiyyətini qorumağa və seçkilərdə qələbə qazanmağa cəhd göstərir”.
 
Qeyd edək ki, bu gün Azərbaycan Müdafiə Nazirliyi fevralın 7-də saat 16.55-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımızın müdafiənin ön xəttindəki mövqeləri iriçaplı silahlardan, minaatanlar və toplardan atəşə tutulması ilə bağlı məlumat yayıb.
 
Dərhal görülən təxirəsalınmaz cavab tədbirləri nəticəsində atəşlə düşmənin müxtəlif mühəndis qurğuları və atəş nöqtələri məhv edilib.
 
Müdafiə Nazirliyi bildirib ki, erməni silahlı birləşmələrinin mövqelərimizi iriçaplı silahlardan atəşə tutmaqla Dağlıq Qarabağda cəbhənin başqa istiqamətində həyata keçirməyə cəhd etdiyi diversiyadan diqqəti yayındırmaq məqsədi güddüyü ehtimal olunur. Lakin bölmələrimizin sayıqlığı nəticəsində düşmənin aktivliyi əvvəlcədən aşkar olunub. Görülən tədbirlər nəticəsində itki verən düşmən geri çəkilməyə məcbur edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook