SON XƏBƏR

Cəbhəboyu zonada yeni hərbi hissə istifadəyə verilib – FOTO/ VİDEO

Fevral 03
01:48 2017
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada inşa edilmiş daha bir yeni hərbi şəhərciyin açılışında iştirak edib.
 
Müdafiə Nazirliyin mətbuat xidmətindən "AzeriDefence”yə verilən məlumata görə, Nazirliyin rəhbər heyəti qərargah, əsgər yataqxanaları, yeməkxana, tibb məntəqəsi, klub, hamam-camaşırxana, qazanxana kompleksi, sıra meydanı və digər obyektlərlə tanış olublar.
 
Bildirilib ki, tikintisi 2014-cü ilin iyun ayında başlanan hərbi şəhərcik 35 hektar ərazidə yerləşir. Hərbi hissənin qərargah binası müasir səviyyədə inşa edilib.
 
Burada hərbi hissə növbətçisi, istirahət, qonaq və digər xidməti otaqlar var.
 
Şəxsi heyətin uzunmüddətli yerləşməsi məqsədilə yataq, məişət və xidməti sahələrdən ibarət 9 əsgər yataqxanası tikilib. Burada ideoloji otaq, dəftərxana və digər inzibati otaqlar yaradılıb.
 
Ailəli və subay hərbi qulluqçular üçün təmirli və kommunikasiya xətləri çəkilmiş iki və üçotaqlı mənzillərdən ibarət 5 yaşayış binası inşa edilib. Mənzillər yumşaq və bərk mebellər, zəruri inventar və televizorla təmin olunub.
 
Hərbi qulluqçulara ixtisaslı tibbi yardımın göstərilməsi üçün müasir avadanlıqla təchiz edilmiş 30 çarpayılıq tibb məntəqəsi də tikilib.

Şəxsi heyət üçün mətbəx və təsərrüfat otaqları, eləcə də ərzaq və əşya anbarları olan geniş yeməkxana da istismara verilib.
 
Şəhərcikdə müasir avadanlığın quraşdırıldığı hamam-camaşırxana və qazanxana kompleksi fəaliyyət göstərir.
 
Hərbi şəhərcikdəki şəraitlə tanışlıqdan sonra Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birlikdə nahar edib.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook