SON XƏBƏR

Cavid Qurbanov bu vəzifəsindən gedir - Yerinə general gəlir

Aprel 11
10:09 2023
Azərbaycanda daha bir idman federasiyasının prezidenti dəyişir.

Qol.az-ın əldə etdiyi xəbərə görə, bu gün Gənclər və İdman Nazirliyində Voleybol Federasiyasının prezidentliyinə seçki keçiriləcək. 2016-cı ildən qurumun prezidenti olan Cavid Qurbanov vəzifəsindən ayrılacaq. Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti isə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov olacaq.

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanov bugünlərdə Azərbaycan Atletika Federarasiyanın prezidenti seçilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook