Cahangir Hacıyevin bacısından İlham Əliyevə müraciət
Dekabr 12
18:39
2015
"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva ölkə başçısı İlham Əliyevə müraciət edib. Bu barədə "report.az” saytı məlumat yayıb.
Məlumata görə, Ə.Hacıyeva mürcitəində yazır ki, qardaşı hər zaman İlham Əliyevin siyasətini dəstəkləyib, iqtisadi sahənin inkişafı üçün öz vəzifəsini vicdanla yerinə yetirib. Onun adından dərc olunan müraciətdən bəzi hissələri olduğu kimi veririrk:
"Sabikralara dəstək üçün verilən bütün kreditlər layihələrə xərclənib. Bu gün bunu əyani sübut etmək mümkündür. Düzdür, verilən kreditlərin qaytarılmasında dünyada gedən iqtisadi geriləmə səbəbiylə müəyyən hallarda ləngimələr müşahidə olunur. Bu kreditlər də müəyyən layihələrə yatırılıb. Çox təssüflər olsun ki, onun vəzifədən kənarlaşdırılması və həbs olunması layihələrin həyata keçirilməsinə, tamamlanmasına, xüsusən də problemli kreditlərin həll edilməsinə mənfi təsir etməkdədir…
Həll oluna biləcək bir məsələdən dolayı uzun müddət dövlətçilik ənələlərinə və Sizin siyasi kursunuza sadiq bir məmurun həbs edilməsi ailəmizi çox sarsıdır. Sizi əmin etmək istəyirəm ki, Sizə verilən məlumatlar reallğı əks etdirmir. Kimlərinsə şəxsi ambisiyalarına məhz Cahangir Hacıyev amili mane olduğu üçün onun barəsində Sizə yanlış məlumat verirlər, eyni zamanda mətbuata dezinformasiya ötürürlər. Bu ambisiyaların arxasında duran şəxsin kim olduğu bizə məlumdur və mətbuata gedən reallıqdan uzaq informasiyalar da məhz fürsətcil şəxslərin göstərişi ilə yayılır…
Bunu bir vətəndaşın, Azərbaycan xanımının müraciəti olaraq qəbul edin. Sizdən xahiş edirik ki, qardaşım Hacıyev Cahangir Fevzi oğlunun həbsdən azad olunmasına kömək edəsiniz, siyasi kursunuza sədaqətli bir şəxs kimi ona problemlərin həllinə öz tövhəsini verməsinə şans verəsiniz. Çünki o, işlədiyi dövr ərzində Sizə sadiq olub, ölkəmizin adını yüksək tutub, bir çox nominasiyalar üzrə savadlı menecer kimi Azərbaycanımızı müsbət mənada tanıdıb…”.