SON XƏBƏR

”Budur sizin Ağdam, budur sizin Ağdam! Ha haha ha...” - VİDEO

Fevral 21
11:02 2018
Ağdam xarabalıqlarını ruslarla birgə gəzən erməni hərbçilər Azərbaycana necə həqarət edir?..

Erməni hərbçilərlə birlikdə Ağdamın xarabalıqlarına səyahət edən rus dilində təmiz danışan birisi  bir neç dəfə  "Allahu Əkbər” nidası işlədir... 

Moderator.az yazır ki, "KarabakhTV” – nin Mirkazım Laçın Alxaslı adlı istifadəçinin "You Tube”dəki kanalına istinadla əldə etdiyi kadrlarda 2016-cı ilin yaz günlərindən birində  rus dilində sərbəst danışan və yəqin ki, jurnalist olan birisinin hərbçi formasında bir neçə erməninin müşayiəti ilə Ağdam xarabalıqlarına səyahətindən bəhs edilir. Ağdamın girişində ermənilər rus jurnalistə "azərbaycanlıların fəxr etdiyi böyük Ağdam şəhəri budur” deyərək xarabalıqları göstərir. Və bir neçə dəfə hər ikisi həqarətlə qəh-qəhə çəkərək təkrar edir: ”Budur sizin Ağdam, budur sizin Ağdam. Ha ha ha ha!..”  

Ermənilər deyir ki, bu şəhəri biz yandırıb dağıtmamışıq azərbaycanlılar özləri yandırıb qaçıblar... Hətta həyasızcasına "Biz heç kəsə bir pislik etməmişik” cümləsini də işlədirlər.

Maraqlıdır ki, rusdilli şəxs bir neçə dəfə sözarası "Allahu Əkbər” nidaları işlədir... Ermənilər öz aralarında ermənicə danışıb söyüş də söyürlər.... Sonra rus və ermənilər Ağdamdakı bir neçə azərbaycanlı evinin xarabalıqlarını gəzirlər.Ermənilərdən biri istehza ilə deyir ki, azərbaycanlılar gəlib bu evlərdən öz əşyalarını götürəcəklər.  Rusdilli şəxs isə gülərək cavab verir ki, biz Vladimirlə qayıdanda bu çəkdiklərimizin hamısını onlara göstərəcəyik(Görünür, yanında digər rus operator da var)....

P.S. Nə qədər ki, torpaqlarımızı azad etməmişik, belə istehza və həqarətləri çox eşidəcək və buna çox dözməli olacağıq...





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook