SON XƏBƏR

"Bu yazıq gənci Fransada saxlayıblar" - Xamenei

Avqust 27
14:22 2024
İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei "Telegram” messencerinin qurucusu Pavel Durovun saxlanılmasına münasibət bildirib.

APA xəbər verir ki, Xamenei Durovun saxlanılmasından yeni kabinetin üzvləri ilə görüşü zamanı danışıb.

"Kiberməkanda hər yerdə idarəetmə var. Gördünüz ki, bu yazıq gənci (Pavel Durov) Fransada saxlayıblar və 20 il həbslə hədələyiblər. Bu, onların qaydalarını pozduğunu göstərir", - Xamenei deyib.

Qeyd edək ki, İranda altı ildən çoxdur ki, "Telegram"ın fəaliyyəti qadağan edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook