Bu şəhərdə azərbaycanlılara işləmək qadağan olundu – Qərar
Avqust 16
13:53
2016
Novosibirsk vilayətinin qubernatoru Vladimir Qorodetski miqrantlarla bağlı qətnamə imzalayıb.
Bu qətnamə Tacikistan, Özbəkistan, Ukrayna, Moldova və Azərbaycanvətəndaşlarına da aid edilib.
Axar.az Qazeta.ru-ya istinadən xəbər verir ki, qərara əsasən, regionda miqrant fəhlələr bir sıra işlərdən uzaqlaşdırılacaq.
Ölkədə işsizliyin qarşısını almaq üçün verilən qərar çərçivəsində xarici ölkədən işləmək üçün Novosibirskə gələn miqrantların məktəblərdə, balıqçılıq, mədənçıxarma, odunçuluq sənayesində işləməsi yasaqlanır.
Miqrantlar həmçinin uşaq qidası hazırlayan şirkətlərdə, avtobus və taksi sürücüsü, mühasib, katib kimi də çalışa bilməyəcəklər.
Qadağalar üç aydan sonra qüvvəyə minəcək.
Bu qətnamə Tacikistan, Özbəkistan, Ukrayna, Moldova və Azərbaycanvətəndaşlarına da aid edilib.
Qeyd edək ki, Novosibirsk vilayəti Qazaxıstanla sərhəddir və buraya Orta Asiya respublikalarından on minlərlə miqrant gəlir. Rusiyanın üçüncü böyük şəhəri olan
Novosibirsk "Sibirin paytaxtı” da adlandırılır.



